Valyuta.com

   



Bakı, 9 iyul, Xəzərİnfo, Yazarlar. Bildiyiniz kimi, dünya iqtisadi bazarlarında bir sıra qlobal səviyyədə dəyişikliklərin şahidi oluruq. Bu dəyişiklərə həm monetar sahədə, həm kapital bazarı sahəsində, həm də bu bazarlarla oxşarlıq təşkil edən neft-qaz bazarlarında şahidi ola bilərik. Neftin qiymətinin 8% enməsi və həftənin ilk günü üçün 53 dollar, ikinci günü üçün 52.53 olması (Crude oil) Fevral ayın bu yana ən aşağı indiqatoru bizə göstərdi.

Neftin qiymətində oyannmalar son zamanlar baş verən Yunanıstan böhranı və İran-Amerika razılaşmasının nəticələridir. Etiraf edək ki, Amerika və İrandan əlavə heç bir neft ixracatçısı olan ölkələrə bu anlaşma və razılaşma heç cürə sərf etmir. Təbii ki, demokratik, islahatcı və yenidən islahata dözümlü ölkələr üçün bu qərarın heç bir təsiri olmayacaq. Hətta Amerikada sürücülər belə iki dövlət arasındakı danışıqların müsbət yekunlaşmasına ümid edirlər. Ona görə yox ki, onlar Amerikanın xarici siyasətində və ya İranla münasibətlərin istiləşməyində maraqlıdırlar. Səbəb, okeanın o tayında adam başına düşən bir qallonun qiymətidir.

Araşdırmalar və hesabatlar göstərir ki, ABŞ-da 3 litr benzin - 2.77 dollardır və proqnozlara əsasən, anlaşma imzalanarsa məbləğ 2 dollara qədər düşəcəyi gözlənilir.

Bu gün bütün dünyanın, xüsusilə neft ixracatçısı ölkələrinin əsas diqqəti dünyanın 4-cü ən böyük neft ehtiyatına malik İranın üzərindədir. Müsbət olacağı daha çox proqnozlaşdırılan və nüvə danışıqlarının böyük bir hissəsinin həllini tapdığı halda qonşu ölkə üzərindən sanksiyalar götürüləcək və adı çəkilən ölkənin neft ixracatı avtomatik qalxacaq. Bununla da. dünya neft inqilabı və rəqabət qabiliyyətliyi daha qabarıq formada görünəcək.

Sual olunurdu ki, nəyə görə birinci gün neftin qiyməti endi və 52.53 dollar oldu və bu da apreldən bu yana ən aşağı göstəricisidir. Neftin qiymətlərinin təsirindən hətta OPEC Amerika neft sift yataqlarını məhv edə bilməyib. Keçən həftə Birləşmiş Ştatların fəal qazma qurğuları dekabrdan bu günə daha bir dəfə artıb. Göründüyü kimi, neft qiymətinin düşməsində Amerikanın bilavasitə rolu var.

Neft-Qaz bazarı - digər maliyyə bazarı kimidir. Yunanların Avrozonanın qərarlarına yox deməsi və Avropanın qurtuluş təklifinin rədd edilməsi yunanların qorxulu iqtisadi gələcək gözlədiyini demək olar. Neft qiymətinə isə Yunan böhranın təsiri dolayıdır və əsas təsir monetardır. Yunanıstan dünya neftinin 0.3% istifadəçisidir. Təbii ki, İran faktorunun rolu Yunanıstandan daha çoxdur. Nəzərə alsaq ki, İranın 158 milyardlıq neft ehtiyatı var, ancaq sankisyalar imkan vermir ki, İran artıq dünya bazarına daxil olsun.

İran dünya bazarlarına hər gün üçün 1 milyon barel ixracata malikdir. Nəzərə alaq ki, bir sıra neft ixracatçısı ölkələri nisbətdə daha çoxdur. Tədqiqatlar göstərir ki, ixracat bu templə davam edərsə, qarşıdakı aylar üçün neftinin qiymətinin ən yüksək 40 dollar olacaq. Şübhəsiz ki, 158 milyardlıq ehtiyata malik İranın ixracatı daha çox qaldıracağı şübhə doğurmur. Təbii ki, bütün bunlar ən iri neft ixracatçısı ölkərinin plan və siyasətlərinə ziddir.

Yazılan müsbət fikirlər o demək deyil ki, İranın bazara daxil olacağı mütləqdir. Nəzərə alaq ki, 1980-ci illərdən İranla Amerika arasında daimi razılıq əldə olunmur. Ağ Ev rəsmilərinin sözlərindən belə hiss olunur ki, İran Qərbin nəzərlərinə əsasən balaca bir səhv edərsə, bu da təbii neftin qiymətinin yenidən qabarmasına təsir edəcək.

Qeyd edək ki, İranla həmsərhəd olan Səudiyyə Ərəbistanı İranı terrora dəstək verməkdə ittiham edir. Ümumiyyətlə, İran və Amerika birləşməsini ən çox istəməyən Rusiya və İsraildir. Proseslər göstərir ki, heç bir təsir bu anlaşmaya kölgə sala bilməyəcək.

İqtisadçı-Maqistr Nicat Hacızadə




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

Rent A Car in Baku

Аренда автомобиля в Баку

Maşınların Kirayəsi

TSTRENTACAR.AZ

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv