Valyuta.com

   



Bakı, 13 oktyabr, Xəzərİnfo, Yazarlar. Bir tanışım mənə hər kitab yazanın yazıçı adlandığını deyərək məni olduqca təəccübləndirmişdi. Nəyə görə belə bir qənaətə gəldiyini soruşduğumda isə, yazıçılığın səviyyələri olmadığını, məsələn, "filankəs həvəskar fotoqrafdır" dediyimiz halda, kitab yazan bir şəxsə eyni cür ifadəni söyləyə bilmədiyimizi demişdi.

Əslində ilk deyişdə maraqlı səslənsə də, beynimdə onu təhlil etdikdən sonra onun bu dedikləri ilə razılaşmadım. Bəlkə də buna səbəb "yazıçı" sözünə çox məna qatmağım, bu sözə xüsusi dəyər verməyimdən irəli gəlir. Bilmirəm, amma fikirləşmirəm ki, hər yazan, hər kitab çıxaran bu ada layiq ola bilər. Tanışımın səviyyələrə ayrılma, yəni həvəskar və ya professional yazıçı olma ilə bağlı dediklərinə gəldikdə isə, hər yazanın yazıçı yox, hər yazanın yazdığının müəllifi olduğunu deyə bilərəm. Məsələn, hal-hazırda ağlıma bir neçə dəfə tanışlarımla kitablarını müzakirə etdiyim Xalid Hüseyni gəldi.

Açığı, elə birini tanımıram ki, Xalid Hüseynin kitabını oxusun, amma onu bəyənməsin, xüsusən də söhbət "Çərpələng Uçuran" kitabından gedirsə. Ancaq o kitabı oxumuş biri kimi nəinki onu bəyənməmək, hətta Xalid Hüseynini "yazıçı" adlandırmaqda belə çətinlik çəkirdim. Bəs o zaman bu qədər şöhrət qazanmış, insanlar tərəfindən sevilə-sevilə oxunan bu kitabları yazan şəxs mənim gözümdə kimdir ? 

Çox sadə: "Yazdıqlarının müəllifi". 

"Müəllif" və "Yazıçı" sözlərinin leksik təhlili zamanı "yazıçı" sözünün "yazmaqdan" yarandığı gerçəyini görməmək çətindir, amma fikirləşirəm ki, yazan kəs "avtomatik" olaraq yazdığının müəllifi olduğu halda, onun yazdığına əsasən oxucular müəllifi "yazıçı" deyə adlandıra bilərlər. Yəni, hər yazan yazdığının müəllifidir, amma hər müəllif yazıçı sayılmır. Qarşımdakı masada iki kitab var. Hə, görək hansı kitablardır bunlar...İsmayıl Şıxlı... O həqiqətən də "istedadlı yazıçıdır".

Bəs yanındakı hansı kitabdır görəsən? Qabriel Qarsia... Onun müəllifi olduğu bu kitabı ki evdən uzaqlaşdırmışdım, bir sözlə zəhləm gedirdi ondan... Ona "istedadsız yazıçı" deyə bilmərəm. Niyəsini izah etməyə artıq ərinirəm, amma yəqin ki artıq məni başa düşürsünüz. Bəlkə də sizdə bir sual daha doğacaq: "Bəs yazıçı kimdir?"

Məncə, hər kəsin idealı fərqli olduğu kimi, hər kitab müəllifini də yazıçı adlandırmaq insanlara görə dəyişir. Ancaq ümumiyyətlə düşünürəm ki, yazıçı o kəsdir ki, o hər insanın görə bilmədiyini, hətta təsəvvürünə gətirə bilmədiyi şeyləri görə bilir və ya hər kəsin gözünün önündə olan, hər an qarşılışadıqları, buna baxmayaraq görmədikləri və ya anlamadıqları "kiçik" şeyləri görür və onları xüsusi şəkildə yazmağı bacarır.

Vüqar ABBASƏLİ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

Rent A Car in Baku

Аренда автомобиля в Баку

Maşınların Kirayəsi

TSTRENTACAR.AZ

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv