Valyuta.com

   



Bu gün əfsuslar olsun ki, Qurani Kərimdə olan ayələrə düzgün şərhlər verilmir. Bunun nəticəsində də əksəriyyət İslama və Qurana laqeyd bir mövqedə dayanırlar. Hətta Quranın inkarına gedəcək bir səviyyəyə də çatırlar. 

Buradan bir sual ortaya çıxır: Bunun günahkarı səbəbkarı kimdir?

Təbii ki, özünü ayətullah, əllamə, höccətül-islam, təriqət və məzhəb şeyxləri adlandıran və ruhanilikdən nəsibini almayan dırnaqarası ilahiyyatçılardır. Həqiqi ruhani Qurana və İslama düzgün bir rəy və yaxud şərh verər.

Özünü ayətullah, əllamə, höccətül-islam, təriqət və məzhəb şeyxləri adlandıran və ruhanilikdən nəsibini almayan dırnaqarası ilahiyyatçılar ənənəyə sadiq qalaraq, Maidə sürəsinin 38-ci ayəsinə düzgün şərh verməmişlər. Bunun nəticəsində də el məsəlində qeyd edildiyi kimi, bir vedrə incili bərbad etmişlər və insanların qəlbinə fobiya toxumları səpmişlər. Bu fobiya öz növbəsində insanı Allaha qarşı münasibətində soyuqluq yaratmışdır. Bir sözlə, "din xadimləri" Allahı insanların gözündə nifrət ediləcək bir səviyyəyə gətirmişlər.

Həqiqətə gəldikdə isə Allah mərhəmət, sevgi, şəfqət sifətlərinə və xüsusiyyətlərinə malik olan bir yaradıcıdır. Dini təbliğatçılar həm Allahın yuxarıda qeyd etdiyimiz sifətlərə malik olduğunu qeyd edirlər, həm də şərhləri ilə Allaha ikrah hissi oyadırlar. Əslində ruhanilikdən nəsibini almayan və özünü ruhani hesab edənlər düşüncələrində çözülməz bir paradoksun olduğunun fərqində deyillər.

Allah Maidə sürəsinin 38-ci ayəsində belə buyurur: “Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!”

Bu ayədə Allah sözün həqiqi mənasında insanın əlini kəsilməsindən bəhs etmir. Allah Tin sürəsinin 4-cü ayəsində belə buyurur: “Biz insanı ən gözəl biçimdə yaratdıq!”

Sizcə, Allah ən gözəl biçimdə yaratdığı insanın vücudunun bir hissəsinin qoparmasını əmr edərmi?

Allah Bəqərə sürəsinin 29-cu ayəsində belə buyurur: “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur(Allahdır)! O, hər şeyi biləndir!”

Bir anlıq düşünün: Allah yer üzündə nə varsa, onun, yəni insanın xidmətinə bəxş etdiyini vurğulayır.Sizcə Allah öz yaratdığı mənəvi övladına bu qədərmi acımasız bir səviyyəyə çatarmı?

Təbii ki xeyr!

Bu xüsusiyyətləri yalnız Allahın nurundan nəsibini almayan könüllər daşıya bilər. Allah bu cür xüsusiyyətlərdən uzaqdır!

Son olaraq bunu deyə bilərəm ki, sözün əsl mənasında ruhanilər yetişsəydi, İslam dünyasında mübahisələrə, çəkişmələrə, məzhəblərarası savaşlara son qoyulardı. Ən əsası, Allahı və Quranı sözün əsl mənasında doğru dərk edənlərin sayı günbəgün artardı.Bununla da, dünya sülhə, əmin-amanlığa, həmrəyliyə nail olardı.

Uca Yaradana əmanət olun!

Vüsal Türkoğlu

İlahiyyatçı-yazar, jurnalist




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

Rent A Car in Baku

Аренда автомобиля в Баку

Maşınların Kirayəsi

TSTRENTACAR.AZ

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv